Xidmət rəisi: “Bakı Bəyannaməsi növbəti illər üçün əsas istiqamətləri müəyyən edir”

Xidmət rəisi: “Bakı Bəyannaməsi növbəti illər üçün əsas istiqamətləri müəyyən edir”






presstv

"Presstv"az #Almatı, #Azərbaycan, #Bakı, #Hadisə, #İran, #İtaliya, #Pakistan, #Qazax, #Qazaxıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün ölkəmizdə Mərkəzi Asiya dövlətlərini, regionumuzdan Azərbaycanı, Türkiyəni, İranı, həmçinin Pakistanı və İtaliyanı birləşdirən Almatı Prosesinə hazırlıq konfransı keçirilir. Almatı Prosesinin məqsədi qeyd olunan ölkələrin əhatə edildiyi regionlarda miqrasiya və qaçqınların hüquqlarının müdafiəsi üzrə məsələlər istiqamətində əməkdaşlığı dərinləşdirmək, qanuni miqrasiyanı təşviq etmək, asanlaşdırmaq və aidiyyəti dövlət qurumları və dövlətlər arasında əlaqələri gücləndirməkdir”.

presstvaz xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycan Respublikasının Almatı Prosesinə ikiillik sədrliyinin (2023-24-cü illər) yekunu olaraq keçirilən Nazirlər Konfransında deyib.

O bildirib ki, bugünkü tədbirin məqsədi əsas üç istiqaməti ehtiva edir:

“Birincisi, Azərbaycanın sədrliyinə və ümumən son iki il ərzində Almatı Prosesinin inkişafına nəzər yetirmək, ikincisi, sədrliyin yeni sədrə ötürülməsi, bu, Qazaxıstan Respublikasıdır, üçüncüsü isə təşkilatın növbəti illər üçün istiqamətlərini müzakirə etməkdir.

Həmçinin bu Nazirlər Konfransında Almatı Prosesi üçün yaxşı ənənə olan bir hadisə də baş verib ki, bu da Bakı Bəyannaməsinin qəbul edilməsidir.

Bakı Bəyannaməsi Azərbaycanın təşəbbüsü ilə hazırlanan və razılaşdırılan bir sənəddir. Bakı Bəyannaməsi növbəti illər üçün fokuslanmalı olan əsas istiqamətləri müəyyən edir. Bu, miqrasiya prosesləri ilə bağlı statistika, data mübadiləsinin təşkili, qanunsuz miqrasiyaya qarşı tədbirlərin keçirilməsi üçün əlaqələndirmənin təmini və o cümlədən Almatı Prosesinə üzv dövlətlərin kadr potensialının, biliklərinin artırılmasına yönəlik birgə tədbirlərin keçirilməsidir. Bu xüsusda da müsbət bir məqam da ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən Miqrasiya üzrə Regional Təlim Mərkəzi bu məqsədlər üçün ixtisaslaşmış mərkəz kimi müəyyən edilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv