ABŞ-nin 12 ştatı Trampı məhkəməyə verdi

ABŞ-nin 12 ştatı Trampı məhkəməyə verdi






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Nyu-York, #Sərəncam, #Sosial şəbəkələr, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin 12 ştatı Donald Tramp Administrasiyasının tətbiq etdiyi rüsumların ləğvinə nail olmaq üçün beynəlxalq ticarət üzrə ABŞ Federal Məhkəməsinə iddia ilə müraciət edib.

Bu barədə presstvaz TASS-a istinadən xəbər verir.

“Son üç ay ərzində prezident icra sərəncamları, memorandumlar imzalamaqla, sosial şəbəkələrdə paylaşımlar etməklə rüsumlar tətbiq edib, dəyişdirib, artırıb və dayandırıb. Bu sərəncamlar ölkənin ticarət siyasətinin vəziyyətini əks etdirir ki, bu da onun qanuni səlahiyyətlərinin effektiv şəkildə həyata keçirilməsinə əsaslanmaq əvəzinə, prezidentin şıltaqlıqlarından asılı haldadır. Prezident ABŞ-yə göndərilən istənilən mallara yüksək və daim dəyişən rüsumlar tətbiq etmək hüququnu özündə görməklə konstitusiya quruluşunu pozub və iqtisadiyyata xaos gətirib. Prezident konstitusiya quruluşunu pozdu və Amerika iqtisadiyyatına ziyan vurdu”, – deyə məhkəmə sənədində bildirilib.

Dövlət başçısı iqtisadiyyata ziyan vurmaqla yanaşı, Konqresdən yan keçməklə Vaşinqtonun rüsum siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə də ittiham olunur.

Məhkəməyə müraciət təşəbbüsünü Oreqon ştatının prokuroru irəli sürüb və onu Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Men, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları dəstəkləyib. Daxili təhlükəsizlik naziri Kristi Noem və Gömrük və sərhəd mühafizəsi komissarı vəzifəsini icra edən Peter Flores təqsirləndirilən şəxslər kimi göstərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv