Bakıda piyadanı vuran sərnişin avtobusunun sürücüsünə cəza verildi

Bakıda piyadanı vuran sərnişin avtobusunun sürücüsünə cəza verildi






presstv

"Presstv"az #Avto, #avtobus, #Bakı, #Cinayət işi, #Hadisə, #Hakim, #Nəqliyyat, #Vəfat edib, #Xəzər Rayon Məhkəməsi, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəzər Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən İslam Quliyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Quliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, təqsirləndirilən İslam Quliyev yol vərəqəsi ilə idarə etdiyi “Isuzu-Saz Ecobus” markalı avtobusu 112 nömrəli marşrut xətt ilə hərəkət edərkən yolun sol tərəfindən sağa doğru keçən piyada 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayevanı nəqliyyat vasitəsi ilə vurub. Xəstəxanaya yerləşdirilən qadın bir neçə gün sonra orada vəfat edib.

Hadisədən sonra İslam Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv