İcma: “Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır”

İcma: “Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hakim, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qərbi Azərbaycan İcması ədalətə əsaslanan davamlı sülhə və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququ və onların mədəni irsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir.

Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim edilmiş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə, həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır”.

presstvaz xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Bu günlərdə Erməni Apostol Kilsəsi və əsas hədəfi guya mədəni irsin qorunması olan “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu bəyanatlar yayıblar.

Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdririr. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana olmazın iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinə və 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır.

Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayır və beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün bu dövlətə təzyiq etməyə çağırır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv