ABŞ dövlət katibi Rubio Zelenskinin Krımla bağlı sözlərindən sonra London səfərini ləğv etdi

ABŞ dövlət katibi Rubio Zelenskinin Krımla bağlı sözlərindən sonra London səfərini ləğv etdi






presstv

"Presstv"az #ABŞ, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Hakim, #Jurnalistlər, #Kiyev, #London, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasının qəbuledilməz olduğunu bəyan etməsindən sonra ABŞ dövlət katibi Marko Rubio Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq üçün Londona planlaşdırdığı səfərini ləğv edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The New York Times” nəşri yazıb.

Məlumata görə, aprelin 23-də Böyük Britaniyanın paytaxtında keçirilməsi planlaşdırılan görüşdə ABŞ tərəfi Kiyevə Rusiya tərəfindən 2014-cü ildə ilhaq edilmiş Krım yarımadası üzərində Rusiyanın suverenliyini tanımasını təklif etmək niyyətində idi. Lakin Zelenskinin jurnalistlərə bu variantın Ukraynaya üçün qəbuledilməz olduğunu deməsindən sonra Rubionun Londona səfəri ləğv edilib.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun görüşdə iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Sadəcə Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Kit Kelloqun iştirakı təsdiqlənib. Danışıqlarda, həmçinin Böyük Britaniya, Fransa və Ukrayna hakimiyyəti nümayəndələrinin, o cümlədən Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın, onun müavini Pavel Palisanın, xarici işlər naziri Andrey Sibiqanın və müdafiə naziri Rustem Umerovun da iştirak edəcəkləri gözlənilir.

Bu arada Britaniyanın “The Daily Telegraph” qəzeti yazır ki, görüşdə ABŞ-lilər münaqişənin həlli üzrə 7 bənddən ibarət plan təqdim edəcəklər. Plan dərhal atəşkəs əldə edilməsi, Moskva və Kiyev arasında birbaşa danışıqları, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini, ABŞ-nin Rusiyanın Krım üzərində suverenliyini və 2022-ci ildən nəzarət altında olan ərazilər üzərində de-fakto tanımasını, Zaporojye AES-in Vaşinqtonun nəzarətinə verilməsini, ABŞ və Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin imzalanmasını, ABŞ-nin Rusiyaya qarşı bütün sanksiyalarının ləğvini, Vaşinqtonla Moskva arasında enerji əməkdaşlığının başlanğıcını nəzərdə tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv