Avropa Ukrayna sazişi çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasının əleyhinədir

Avropa Ukrayna sazişi çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasının əleyhinədir






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Kiyev, #London, #Münaqişə, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiyevin ABŞ ilə danışıqlarda olan avropalı müttəfiqləri Ukrayna münaqişəsinin həlli çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması və Rusiyaya qarşı sanksiyaların ləğvi təklifinə qarşı çıxır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” avropalı diplomatlara istinadən yazıb.

Onların fikrincə, ABŞ-nin yarımadanın Rusiya ərazisi kimi tanınması təklifi Avropa və Ukrayna üçün “gerçəkləşməyəcək ideyadır”. Diplomatların bildirdiklərinə görə, digər bir maneə münaqişənin həlli ilə bağlı razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsidir ki, Avropa qəti şəkildə buna qarşı çıxır.

Əvvəl xəbər verildiyi kimi, Londonda keçirilən görüşdə ABŞ yeddi bənddən ibarət nizamlanma planını təqdim etməli idi və bu plana ABŞ-nin Rusiyanın Krım üzərində suverenliyini tanıması da daxil idi. Lakin bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu ehtimalı rədd edib. “The New York Times” qəzeti bildirir ki, məhz bu bəyanatdan sonra ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyaya səfərini ləğv edib.

KİV-də daha əvvəl qeyd olunduğuna görə, ABŞ-nin Rusiyanın Krım üzərində suverenliyini tanıması Avropa İttifaqında və xüsusilə NATO-da ciddi diplomatik böhran yaratmaqla yanaşı, danışıqlarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv