Baş nazirdən qərar: Maaşlar neçə faiz artırıldı?

Baş nazirdən qərar: Maaşlar neçə faiz artırıldı?






presstv

"Presstv"az #Azərbaycan, #Minimum əməkhaqqı, #Nazirlər Kabineti, #Sərəncam, #Vəzifə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əməkhaqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlərlə təsdiqlənib”.

presstvaz xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşlar yeni, artırılmış redaksiyada verilib:

“Baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən imzalanıb. Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin 1-ci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əməkhaqqının artırılması ilə bağlı idi. Bu o deməkdir ki, minimum əməkhaqqında artıma uyğun olaraq baş nazir sözügedən işçilərin maaşlarını artırıb”.

“Artımların neçə faiz olmasına gəldikdə isə, bu ildən minimum əməkhaqqı 16.0 faiz yüksəlsə də Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb. Yəni tarif cədvəli üzrə daha az maaş alanlarında daha çox, yüksək əməkhaqqı olanlarda isə nisbətən az faiz artımlara gedilib. Bununla belə, vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb”, – deyə deputat qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv