Britaniyada dəhşət: İnsan kəlləsindən hazırlanmış qədəhdən istifadə olunub

Britaniyada dəhşət: İnsan kəlləsindən hazırlanmış qədəhdən istifadə olunub






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Kitab, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyada Oksford Universitetinin Vuster kollecində onilliklər boyu rəsmi tədbirlərdə insan kəlləsindən hazırlanmış qədəhdən istifadə edilib. Bunu “Hər bir abidə dağılacaq” adlı yeni kitabında universitetin Pitt Rivers Muzeyinin kuratoru professor Den Hiks yazıb.

presstvaz “The Guardian”a istinadən xəbər verir ki, tarixçinin sözlərinə görə, qədəh kəsilmiş və cilalanmış kəllə sümüyündən hazırlanıb, gümüş detallarla bəzədilib. Bu qab 2015-ci ilə qədər Vuster kollecində rəsmi ziyafətlərdə şərab və şokolad təqdim etmək üçün istifadə olunub.

Karbon analizi göstərib ki, kəllə təxminən 225 yaşındadır. Dolayı məlumatlara görə, o Karib adalarından olan qul qadına məxsus ola bilər, lakin onun şəxsiyyəti naməlumdur.

Qədəhi 1946-cı ildə kollecə faşizm tərəfdarı olan, İkinci Dünya müharibəsi zamanı həbs olunmuş Corc Pitt-Rivers hədiyyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv