Qadının fotolarını “TikTok”da yayacağı ilə hədələyən şəxsə cəza verildi

Qadının fotolarını “TikTok”da yayacağı ilə hədələyən şəxsə cəza verildi






presstv

"Presstv"az #Ailə, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim, #Hədə-qorxu ilə tələb etmə, #Məhkum, #TikTok, #WhatsApp, #Xəzər Rayon Məhkəməsi, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qüdrət Dadaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Qüdrət Dadaşov 10 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yaşadığı evdən və işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikinin həyətindən “WhatsApp” vasitəsilə qeyri-rəsmi münasibətdə olmaqla bir neçə dəfə cinsi əlaqədə olduğu zərərçəkmiş Səbinə Əkbərova (ad, soyadı şərtidir) ilə danışıb, mesajlaşıb. Sonra o, Səbinəyə telefonunda onun lüt şəkillərinin olduğunu bildirib, həmin fotoları “TikTok” sosial səbəkəsində yayımlayacağını, ailəsində və qohumlarının yanında rüsvay olacağını, eləcə də onunla olan qeyri-rəsmi münasibətlərindən hər kəsin məlumatının olacağını deyərək hədələyib. Qüdrət hətta zərərçəkmiş şəxs ilə “WhatsApp” vasitəsilə danışan zaman çəkdiyi şəkilləri ona göndərib, həqiqətən, lüt şəkillərini də çəkdiyinə inandıraraq həmin məlumatları və şəkilləri “TikTok”da yaymaması, həmçinin bu barədə yaxın qohumlarına məlumat verməməsi müqabilində qadından 150 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv