181 nəfərin “TikTok”da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı

181 nəfərin “TikTok”da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Məhkum, #Sosial şəbəkələr, #TikTok, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TikTok” sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə istintaqında araşdırılan cinayət işinin yekun mərhələsində zərərçəkənlərə dəymiş maddi zərər təqsirləndirilən tərəfindən ödənilməyə başlanılıb.

Proses zamanı təqsirləndirilən Toğrul Kərimovun yeni vəkili Ülvi Məmmədov tərəfindən ilk mərhələdə az məbləğdə zərər görmüş zərərçəkənlərin pulu qaytarılıb. Cinayət işi üzrə 52 nəfər zərərçəkəndən 10 nəfərinə ümumilikdə 2 300 AZN ödənilib. Zərərləri ödənilən şikayətçilər məhkəməyə ərizə yazaraq təqsirləndiriləndən şikayətçi olmadıqlarını bildiriblər.

Zərərçəkənlərə dəymiş zərərin ödənilməsi pulunu ala bilməyən digər şəxslərin narazılığına səbəb olsa da, prosesə sədrlik edən hakim Vüqar Quliyevin müdaxiləsi ilə onlar sakitləşdirilib. Yekun prosesədək onların da zərərlərinin ödənilməsinə təqsirləndirilənin vəkili tərəfindən söz verilib.

Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində “yüksəkmaaşlı iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv