Şahin Mustafayev: “Türkiyədə Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır”

Şahin Mustafayev: “Türkiyədə Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Şahin Mustafayev, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Apardığımız araşdırma nəticəsində türk dövlətlərində professor-müəllim heyəti və tələbələr arasında Orxun Mübadilə Proqramı haqqında son dərəcə az adamın xəbərdar olduğu ortaya çıxdı. Belə ki, bu proqramın istifadəçilərinin ən yüksək göstəricisinin Azərbaycanda olmasına baxmayaraq (9.49%), respondentlərin əksəriyyəti (44.69%) bu proqramdan ümumiyyətlə məlumatsızdır”.

presstvaz xəbər verir ki, bunu Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə keçirilən “Türk barometri 2024″ – Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: Mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib.

O bildirib ki, Türkiyədə də Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır (1.87%):

“Bundan əlavə, bütün ölkələrdən olan iştirakçıların əksəriyyəti proqramdan yararlanmayıb. Və ya rəyi soruşulanların 51.44%-nin, yəni yarıdan çoxunun proqram haqqında ümumiyyətlə məlumatı olmadığı üzə çıxıb. Bu məqam proqramın üzv dövlətlərin təhsil və elm ictimaiyyəti tərəfindən kifayət qədər tanınmadığını göstərir və proqramın canlandırılması üçün müvafiq qurumlar tərəfindən lazımi addımların atılmasını zəruri edir”.

“Beləliklə, şübhə etmirəm ki, “Türk barometri 2024″ün nəticələri türk dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı kifayət qədər real və dolğun mənzərəni təqdim etməklə bu sahədə ölkələrimiz arasında inteqrasiyanın həyata keçirilməsi üçün olduqca faydalı və informativ bir məlumat bazasını təşkil edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv