20 yaşlı gənc qızın dəstəyə ehtiyacı var: “Bakıya qayıtmaq üçün pulumuz yoxdur”

20 yaşlı gənc qızın dəstəyə ehtiyacı var: “Bakıya qayıtmaq üçün pulumuz yoxdur”






presstv

"Presstv"az #Ailə, #Türkiyə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.

presstvaz bildirir ki,  bu barədə   Oxu.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, övladı dörd dəfə beynindən əməliyyat olunub:

“Ayselin beş yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər dörd dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün Aysel yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu”.

Səbinə Məmmədova qızının müayinəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Biz dəfələrlə sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyədə müayinələrdən keçmişik. Hazırda yenə Ankaradayıq. Ayselin son müayinəsi və geridönüş üçün biletlərimizi almağa, inanın, artıq əlimizdə pulumuz qalmayıb. Burada qaldığımız hər gün bizim üçün əlavə xərcdir. Qaldığımız evin hər gününə 80 manata yaxın ödəniş edirik. Son qulaq müayinəsindən keçməyə, dərmanları və biletlərimizi almaq üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 700-07-92 (“WhatsApp”la).

“Leo Bank”: 5411 2498 0785 0289.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv