Göyərçinlər xəstəlik yayır – Alimlərdən XƏBƏRDARLIQ

Göyərçinlər xəstəlik yayır – Alimlərdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Araşdırma, #qızdırma, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Adətən şəhər mühitində zərərsiz görünən göyərçinlər əslində insan sağlamlığı üçün nəzərəçarpacaq risklər yarada bilər. Onların yaydığı xəstəliklər səbəbindən bu quşlara bəzən “uçan siçovullar” adı verilir.

presstvaz xəbər verir ki, bu barədə rus alimlər araşdırma edib.

Araşdırma əsasında məlum olub ki, göyərçinlər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısıdır. Onların yaydığı infeksiyalar arasında salmonellyoz, kampilobakterioz və listerioz kimi təhlükəli xəstəliklər var.

Bu infeksiyalar ümumiyyətlə bənzər simptomlarla müşahidə olunur: halsızlıq, qızdırma, ürəkbulanma, baş ağrısı və həzm sistemi ilə bağlı problemlər. Xüsusilə diqqət çəkən odur ki, salmonellyoz sinir sisteminə zərər verə bilər, listerioz isə hamilə qadınlar üçün ciddi təhlükə daşıyır. Bu infeksiya dölün inkişafına mənfi təsir göstərə bilər.

Alimlər həmçinin qeyd edib ki, göyərçinlər yalnız bakterial deyil, eyni zamanda göbələk mənşəli infeksiyaların da mənbəyi ola bilərlər. Məsələn, kriptokokkoz adlı xəstəlik nəfəs yollarını, dərini və daxili orqanları zədələyə bilir. Bundan başqa, ornitoz və tulyaremiya kimi digər yoluxucu xəstəliklər də bu quşlarla əlaqələndirilir.

Sadəcə quşun özü deyil, onun tükləri, lələkləri və xüsusilə də ifrazatı ciddi təhlükə yarada bilər. Göyərçin peyininin mikroskopik hissəcikləri havaya qarışaraq nəfəs alma yolu ilə orqanizmə daxil ola və ciddi fəsadlara səbəb ola bilər.

İnsanların bu infeksiyalara yoluxması isə çox zaman gündəlik təmaslar zamanı baş verir. Məsələn, quşlara əl ilə yem vermək, onların peyinini təmizləmək və ya qoruyucu vasitələrdən istifadə etmədən evin pəncərələrini silmək yoluxma riskini artırır. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv