Tarzən Zamiq Əliyev: “Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz”

Tarzən Zamiq Əliyev: “Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz”






presstv

"Presstv"az #Azərbaycan, #kanalda, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı Xalq artisti, tarzən Zamiq Əliyev olub.

Zamiq Əliyev televiziya verilişlərində az-az görünməsinin səbəbini belə izah edib:

“Mən o kanaldan bu kanala qaçmıram, sadəcə özümə layiq olan proqramlara qatılıram. Bu gün sənətçiləri ancaq efir vasitəsilə tanıyırlar. Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz. Gərək izləyici sənin üçün darıxsın, verilişdə səni görəndə kanalı dəyişdirməsin. Təəssüf ki, indiki sənətçilərimiz hər gün efirdədir, bir gündə 5 dəfə kanala çıxırlar. Bu, düzgün deyil, xalqın gözü tərəzidir. Sənət adamı yaradıcılığı ilə millətə özünü sevdirməlidir”.

Xalq artisti, həmçinin Azərbaycanın qədim və zəngin musiqi janrı olan muğam sənətinə marağın azalmasından şikayətlənib:

“Təəssüf ki, bu gün muğamın meydanı yoxdur. Muğam ifaçılarımızın hamısı mahnı oxuyur. Əlbəttə, onları qınamıram. Çünki muğam oxuyana qulaq asan yoxdursa, nə etsinlər? Mahnı oxumalıdırlar ki, onları da toya çağırsınlar. Buna görə də muğamımız ikinci cərgədə, arxada qalıb”.

Zamiq Əliyev keçmiş və indiki sənətçilər arasındakı münasibətlərdən də danışıb. O, vaxtilə sənət adamları arasında birliyin olduğunu xatırladıb:

“Bizim gəncliyimiz Filarmoniya bağında keçərdi. Çünki toy məclislərinə xanəndə aparmaq üçün həmişə oraya gələrdilər. Baş tərəfdə xanəndələr əyləşirdilər. Biz isə böyük sənətkarları – Hacı Məmmədov, Həbib Bayramov, Sərvər İbrahimov və digərlərini görəndə gizlənərdik ki, onlarla üz-üzə gəlməyək. Bir-birimizə qarşı çox böyük hörmət var idi”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv