Paytaxtın ən böyük prospektlərindən birində sıxlığa səbəb olan təmir işləri nə zaman bitəcək?

Paytaxtın ən böyük prospektlərindən birində sıxlığa səbəb olan təmir işləri nə zaman bitəcək?






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Bakı, #Nəqliyyat, #Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM), #Nərimanov rayonu, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri davam edir.

presstvaz-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə təmizlənmə işləri həyata keçirilir. Növbəti mərhələdə isə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.

13:30

Metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır:

“Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv