Messi: “Qvardiola “Barselona”dakı işi ilə futbola böyük ziyan vurub”

Messi: “Qvardiola “Barselona”dakı işi ilə futbola böyük ziyan vurub”






presstv

"Presstv"az #Almaniya, #Argentina, #Avropa, #Bavariya, #Futbol, #İngiltərə, #İngiltərə Kuboku, #İspaniya, #İspaniyanın, #Lionel Messi, #Mançester Siti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İngiltərənin “Mançester Siti” klubunun hazırkı baş məşqçisi Xosep Qvardiola “Barselona”dakı işi ilə futbola ziyan vurub”.

presstvaz-ın “Sportskeeda”ya istinadən məlumatına görə, bu fikri “Barselona”nın heyətində İspaniyanın onqat çempionu, səkkizqat “Qızıl top” mükafatı sahibi argentinalı Lionel Messi bildirib.

Qvardiola 2008-2012-ci illərdə “Barselona”da çalışıb. Baş məşqçi kimi o, klubla 14 kubok qazanıb.

“Qvardiola başqa bir dünyadır, o, başqalarının görmədiyini görür. O, futbolu dəyişdi. Hamı bizə bənzəmək istəyirdi. Əslində, bu yolla o, bilmədən oyuna ziyan vurdu: insanlar “Barselona” kimi oynamağa çalışırdılar, amma bunu necə etməyi başa düşmürdülər. Bizim yarımmüdafiədə Xavi, Andres İnyesta və Serxio Buskets ilə xüsusi komandamız var idi, bu, məşqçi və oyunçuların ideal birləşməsi idi”, – deyə Messi vurğulayıb.

Xatırladaq ki, 53 yaşlı Qvardiola 2016/17 mövsümündən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu qazanıb, dörd dəfə Liqa Kubokunda, üç dəfə İngiltərə Superkubokunda qalib gəlib. 2023-cü ildə “Mançester Siti” Çempionlar Liqasını, UEFA Superkubokunu və klublar arasında dünya çempionatını qazanıb. Əvvəllər Qvardiola İspaniyanın “Barselona” və Almaniyanın “Bavariya” klublarını çalışdırıb. İspaniyalı mütəxəssisin rəhbərliyi altında “Bavariya” üç dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu, bir dəfə UEFA Superkubokunu və klublar arasında dünya çempionatını qazanıb.

Futbolçu kimi Qvardiola “Barselona”nın heyətində altı dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunu və UEFA Superkubokunu, bir dəfə Avropa çempionlar kubokunu (hazırkı Çempionlar Liqası) və UEFA Kuboklar Kubokunu (indiki Avropa Liqası) qazanıb. 1992-ci ildə İspaniya yığmasının tərkibində Olimpiya çempionu olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv