Rövşən Nəcəf: “SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır”

Rövşən Nəcəf: “SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İndi dəniz neft və qaz ilə paralel olaraq, biz quru və ənənəvi sahələri də inkişaf etdiririk. Bu mənada ABŞ şirkətləri texnologiyaya, biliklərə və təcrübəyə çıxış imkanları baxımından təbii tərəfdaşlardır”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi – Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, artıq “Exxon” ilə bu əməkdaşlığa başlanılıb. “Həmkarlarımız və ABŞ şirkətləri müzakirələrdə iştirak edirlər. SOCAR da ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay və maraq əldə etməkdə çox maraqlıdır və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə prosesi gedir. Bu günlərdə etibarlı enerji mənbələrinin nə qədər vacib olduğunu görürük. Düşünürdüm ki, bu, Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv