Agentlik: “Yağıntılardan sonra bəzi bölgələrdə geoloji aktivlik artıb”

Agentlik: “Yağıntılardan sonra bəzi bölgələrdə geoloji aktivlik artıb”






presstv

"Presstv"az #Bakı, #Quba, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir”.

presstvaz  bildirir ki, bu barədə   Oxu.az-ın sorğusuna cavab olaraq Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, son günlər intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.

Əli Əliyevin sözlərinə görə, hazırda Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri ilə birgə aidiyyəti qurumlar proseslərin inkişaf dinamikasını qiymətləndirirlər.

Qeyd edək ki, aprelin 15 və 16-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Bakıda və Abşeron yarımadasında leysan, regionlarda intensiv yağış, dağlıq rayonlarda qar yağıb. Çaylarda sululuq artıb, sel keçib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv