ABŞ Çin mallarına rüsumları azalda bilər

ABŞ Çin mallarına rüsumları azalda bilər






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Çin, #Donald Tramp, #Jurnalistlər, #TikTok, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq edilən 145% həcmində gömrük rüsumlarını azaldıla bilər.

presstvaz-ın məlumatına görə, bu barədə dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

“Müəyyən bir məqamda mən istəmirəm ki, tariflər daha da yüksəlsin, çünki müəyyən bir məqamda siz elə edəcəksiniz ki, insanlar almayacaqlar. Ola bilsin ki, mən onları azaltmaq istəyəcəyəm ki, insanlar alsınlar”, – deyə dövlət başçısı bildirib.

Tramp, həmçinin qeyd edib ki, Çinlə ticarət sahəsində vəziyyət tənzimlənənə qədər “TikTok” tətbiqi ilə bağlı sazişi təxirə salmaq niyyətindədir.

ABŞ lideri ümid etdiyini bildirib ki, Vaşinqton və Pekin növbəti üç və ya dörd həftə ərzində ticarət üzrə razılaşmalara nail ola biləcəklər. Lakin onun etirafına görə, Vaşinqton və Pekin arasında danışıqlar heç də başa çatmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv