Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub

Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub






presstv

"Presstv"az #Ararat Mirzoyan, #Azərbaycan, #Ceyhun Bayramov, #Cənubi Qafqaz, #Ermənistan, #Ermənistan XİN, #Gürcüstan, #Maka Boçorişvili

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə Azərbaycan Respublikası, Gürcüstan və Ermənistan Respublikası arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.

presstvaz bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, ilk növbədə, görüşdə iştirak edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.

Görüşün məqsədinin regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirmək olduğu vurğulanıb:

“Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.

Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər”.

12:20

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının müavinlərinin görüşü başlayıb.

presstvaz bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, danışıqlarda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanı xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edir.

Görüş çərçivəsində üçtərəfli əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

“Region ölkələri bir sıra məsələlər üzrə vahid yanaşmalar inkişaf etdirməlidir. Məhz bu istiqamətlər bugünkü görüşdə əsas olacaq”, – deyə mətbuat xidməti Darsaliyanın sözlərini təqdim edib.

09:46

Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri aprelin 17-də Tbilisidə görüş keçirəcəklər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in Mətbuat Xidməti xəbər yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan etmişdi ki, Ermənistan və Azərbaycan regionda sülh və sabitliyin təşviqində Gürcüstana güvənə bilərlər. O, Tbilisinin regionda dialoq və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təqdim edəcəyinə əmin etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv