Xronika: “Ermənilər türklərdir, haylara əlaqələri yoxdur”

Xronika: “Ermənilər türklərdir, haylara əlaqələri yoxdur”






presstv

"Presstv"az #Anadolu, #Araşdırma, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Kitab, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Müsəlman və xristian türklər arasında böyük savaş” adlı veriliş hazırlanıb.

Verilişdə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov hay və erməni anlayışından, erməni xristian kitablarından danışıb.

O bildirib ki, türk xristianlarını hay kimi təqdim edirlər: “Erməni xristian kitabları türkcədir. Hay və erməni anlayışı fərqlidir. Haylar Anadoluya Balkanlardan gəlib, ərmən türklərinin yaşadıqları yerdə məskunlaşıblar. Ermənilər türklərdir, haylara əlaqələri yoxdur”.

Onun sözlərinə görə, Qarabağda həmişə erməni türkləri yaşayıblar.

F.Cəlilov Qafqazda bütün qədim kilsələrin adının türkcə olduğunu söyləyib: “1828-ci ilə qədər haylar İrəvan ərazilərində balaca məhəllələrdə yaşayıblar. İrəvanın tarixi 500 il yox, 2800 ildir və adı türkcədir. İrəvanın əsasını Urartulular qoyublar. Prototürkcə Erebuni Erbu ər evi, əsgərləri evi anlamındadır. Müsəlman və xristian türklər arasında böyük savaş olub”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv