Uşaq çarpayılarında zəhərli maddə tapıldı – Valideynlərin diqqətinə

Uşaq çarpayılarında zəhərli maddə tapıldı – Valideynlərin diqqətinə






presstv

"Presstv"az #Araşdırma, #Beyin funksiyaları, #Kanada, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kanadalı tədqiqatçılar sintetik uşaq döşəklərində istifadə olunan kimyəvi maddələrin uşaqların beyin sağlamlığına və hormon balansına mənfi təsir göstərdiyini müəyyən ediblər.

presstvaz xəbər verir ki, Toronto Universitetinin alimləri 6 aydan 4 yaşa qədər uşaqların otaqlarında apardıqları analizlər nəticəsində havada 20-dən çox zərərli kimyəvi maddənin olduğunu aşkar ediblər. Tədqiqatın nəticələri göstərir ki, bu maddələr əsasən çarpayı döşəklərindən ayrılır.

Araşdırma nəticəsində məlum olub ki:

Odadavamlı və UV filtri olan parçalar uşaqların bədən istiliyi və çəkisi səbəbilə kimyəvi maddələr buraxa bilir.

Bu maddələr, xüsusilə ftalatlar, körpələrdə ciddi inkişaf pozuntularına yol aça bilər.

Zəhərli maddələr beyin funksiyalarına və hormon sisteminə zərər verə bilər.

Alimlər nə tövsiyə edir?

Sintetik materiallardan uzaq durmaq,

Yüzdə 100 pambıq və ya yun materiallara üstünlük vermək,

Yataq dəstlərini və yuxu geyimlərini mütəmadi olaraq yumaq və otaqları havalandırmaq,

Sintetik tərkibli şəxsi qulluq məhsullarından uzaq durmaq.

Kanadalı mütəxəssislər, xüsusilə uşaq məhsullarına dair istehsal standartlarının sərtləşdirilməsi üçün çağırış ediblər. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv