“Birbank Biznes”dən regionda yaşayan sahibkarlara dəstək

“Birbank Biznes”dən regionda yaşayan sahibkarlara dəstək






presstv

"Presstv"az #Audi, #Gəncə şəhəri, #Heydər Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sahibkarların müxtəlif resurslara çıxışını dəstəkləyən, onlara sürətli və sərfəli maliyyə həlləri təqdim edən “Birbank Biznes”, bu dəfə regionda yaşayan sahibkarlara dəstək olacaq. Belə ki, Sahibkarlar Günü münasibətilə 26 aprel tarixində Gəncə şəhərində satış yarmarkası təşkil ediləcək.

Tədbirdə “Birbank Biznes” mobil tətbiqindən qeydiyyatdan keçən, aktiv olan, eləcə də Gəncə və ətraf regionlarda fəaliyyət göstərən mikro sahibkarlar iştirak edə biləcəklər. Bütün şərtlərə uyğun olan sahibkarlardan təsadüfi yolla seçilənlər yarmarkada heç bir ödəniş etmədən iştirak şansı qazanacaqlar.

Qeyd edək ki, tədbir 26 aprel 2025-ci il tarixində saat 10:00-dan 22:00-dək Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”da baş tutacaq. Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün əyləncəli proqram təşkil ediləcək.

“Birbank Biznes” bu təşəbbüslə sahibkarların fəaliyyətini dəstəkləməyi və onların bizneslərinin tanıdılması, inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Layihə sahibkarların məhsullarını tanıtmaqla yanaşı, həm də onların iqtisadi inkişafını dəstəkləməyə və bir-birlərini tanıyıb yeni əlaqələr qurmalarına yönəlib. Həmçinin, yarmarka regionda müxtəlif biznes sahələrində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmələrini təmin edəcək, iqtisadi əlaqələrin genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün də zəmin yaradacaq.

“Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv