Uitkoff ABŞ-İran danışıqları barədə: “İki əsas məqamı əhatə edəcək”

Uitkoff ABŞ-İran danışıqları barədə: “İki əsas məqamı əhatə edəcək”






presstv

"Presstv"az #ABŞ, #İran, #Tehran, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tehran tərəfindən uranın zənginləşdirilməsinə məhdudiyyətlərin tətbiqi və silahlara nəzarət ABŞ-İran danışıqlarında əsas məsələlər olacaq”.

presstvaz-ın “Fox News”a istinadən xəbərinə görə, bu sözləri ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“İranlılarla danışıqlar ümumilikdə iki əsas məqamı əhatə edəcək. Birincisi, uranın zənginləşdirilməsidir”, – deyə Uitkoff bildirib.

Belə ki, diplomatın sözlərinə görə, Tehran tərəfindən uranın maksimum zənginləşdirilməsi səviyyəsi 3.67%-i keçməməlidir.

Bundan əlavə, Uitkoff qeyd edib ki, silahların, o cümlədən İranın malik olduğu raketlərin sayının yoxlanılması mexanizmləri tətbiq olunacaq.

ABŞ prezidentinin nümayəndəsi vurğulayıb ki, ciddi yoxlama iki ölkə arasında danışıqlar üçün əsas olacaq və dəyişikliklər olmazsa, ABŞ problemlərin həlli üçün başqa yollar axtarmaq niyyətindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv