Azərbaycanda ilk: Məktəbəqədər uşaqlar üçün olimpiada keçiriləcək

Azərbaycanda ilk: Məktəbəqədər uşaqlar üçün olimpiada keçiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

3 may tarixində LION (“Landau International Olympiad Network”) tərəfindən məktəbəqədər uşaqlar üçün “Smart Lions” Olimpiadası baş tutacaq. LION – istedadlı şagirdlərin bilik olimpiadalarına sistemli və peşəkar şəkildə hazırlanması məqsədilə “Landau Education Group”un nəzdində yaradılmış xüsusi tədris mərkəzidir.

Azərbaycanda ilk dəfə olaraq keçirilən bu unikal layihə məktəbəqədər uşaqların yaradıcılıq, məntiqi düşüncə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

“Smart Lions” Olimpiadası çərçivəsində iştirakçılar müxtəlif yaradıcı və məntiqi tapşırıqlar vasitəsilə öz düşüncə tərzlərini və təhlil etmə bacarıqlarını nümayiş etdirəcəklər. Bu proses həm uşaqlar üçün əyləncəli və maarifləndirici təcrübə olacaq, həm də onların fərdi potensiallarının üzə çıxarılmasına kömək edəcək.

Olimpiadanın əsas məqsədi – məktəbəqədər qrupda təhsil alan uşaqlara öz qabiliyyətlərini erkən yaşda tanımaq imkanı yaratmaq, onları düşünməyə və yaratmağa həvəsləndirmək, eyni zamanda valideynlərə övladlarının inkişaf istiqamətlərini daha aydın şəkildə müşahidə etməyə şərait yaratmaqdır.

Olimpiadanın detalları:

Tarix: 03.05.2025

Saat: 10:00 – 11:00

Məkan: “LANDAU School” “Ağ Şəhər” korpusu

Qeydiyyat: https://bit.ly/42DVhdL (linkə keçid edərək onlayn forumu doldurmağınız xahiş olunur).

Olimpiadada I, II və III yerləri qazanan uşaqlar mükafatlandırılacaq, bütün iştirakçılar isə sertifikatla təltif olunacaqlar. Bu, uşaqların ilk akademik uğurlarını qeyd etmək və onları gələcəkdə daha böyük nailiyyətlərə həvəsləndirmək üçün önəmli addımdır.

Bu cür tədbirlər məktəbəqədər təhsilin daha məqsədyönlü və fərdi yanaşma ilə inkişafına töhfə verir.

“Smart Lions” – balacalar üçün böyük macəra!


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv