“DeepSeek”dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır

“DeepSeek”dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır






presstv

"Presstv"az #Çin, #DeepSeek, #Rusiya, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin “DeepSeek” şirkətinin neyron şəbəkəsi açıq mənbə kodunu saxlayacaq. Şirkət hesab edir ki, bu, bütün dünya üçün faydalı olacaq.

presstvaz bildirir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bildirib.

Onun sözlərinə görə, “DeepSeek”in açıq mənbə kodlu texnologiyaları süni intellektin qlobal paylaşımını təşviq edir.

“HuggingFace” platformasında populyar açıq mənbəli modellərin yarısı çinli tərtibatçılar tərəfindən yaradılıb”, – deyə o bildirib.

Səfirin sözlərinə görə, Çin hesab edir ki, süni intellekt yalnız seçilmişlər üçün yox, hamı üçün əlçatan olmalıdır.

O əlavə edib ki, açıq mənbə kodu süni intellekt texnologiyalarının geniş yayılmasında mühüm rol oynayır.

Qeyd edək ki, açıq mənbə kod – bir proqram və ya texnologiyanın “içindəki” kodların (yəni işləmə qaydasının) gizli deyil, hamıya açıq olduğu deməkdir. İstəyən şəxs həmin kodu görə, öyrənə, dəyişə və ya öz layihəsində istifadə edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv