Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı: “Müsbət nümunələr əldə etdik”

Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı: “Müsbət nümunələr əldə etdik”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Braziliya, #COP29, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Braziliya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər çox yaxşı gedir”.

Bu sözləri Baku TV-yə müsahibəsində Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Klaudio Kajado deyib.

“Biz artıq neft və qaz sahəsində – Petrobras ilə onun Bakıdakı analoji şirkəti arasında əməkdaşlığa başlamışıq. Ticari əlaqələrimiz də mövcuddur. Azərbaycan milli aviasiya şirkətimiz olan “Embraer”dən təyyarələr alıb. Kənd təsərrüfatı sahəsində isə Braziliyanın “Embrapa” təşkilatı ilə Azərbaycanın kənd təsərrüfatı sektoru arasında təcrübə mübadiləsi həyata keçirilib”, – deyə o qeyd edib.

Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan da danışıb.

O, tədbirin çox uğurla keçirildiyini bildirib:

“Ötən ilin noyabr ayında bu tədbirdə iştirak etmək imkanım oldu. Mühüm irəliləyişlər əldə olundu. COP29 Azərbaycan hökumətinin təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu bir daha nümayiş etdirdi. Biz iki əsas sahədə mühüm nəticələr əldə etdik: karbon məsələsi və əhəmiyyətli hesab etdiyimiz fondun yaradılması. Bu, çox ciddi addım idi. Digər tərəfdən isə Braziliya Bakı ilə Belən arasında körpü rolunu oynayacaq. COP29 zamanı əldə etdiyimiz faydalı və müsbət nümunələri COP30-da, yəni bizim ölkədə keçiriləcək konfransda da tətbiq edəcəyik”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv