Trampın müşaviri Maskın təhqirinə cavab verdi: “Məni daha betər də adlandırıblar”

Trampın müşaviri Maskın təhqirinə cavab verdi: “Məni daha betər də adlandırıblar”






presstv

"Presstv"az #ABŞ, #Avto, #Donald Tramp, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro onunla Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask arasında mübahisədən sonra münasibətlərində gərginliyin olmadığını bildirib.

presstvaz xəbər verir ki, bu barədə siyasətçi “NBC News”a açıqlama verib.

“İlonla hər şey qaydasındadır. Məni daha betər də adlandırıblar”, – dey’ Navarro telekanala bildirib.

ABŞ administrasiyasının başçısının müşaviri, həmçinin Maskın DOGE çərçivəsində apardığı işi tərifləyib.

“İlon və onun komandası israfçılıq, dələduzluq və sui-istifadə problemini əla həll edirlər”, – deyə o vurğulayıb.

Xatırladaq ki, aprelin 8-də Mask “X” sosial şəbəkəsində Navarronu “əsl axmaq” adlandırmışdı. “Tesla” da daxil olmaqla elektromobillər istehsal edən şirkətin sahibi və dünyanın ən varlı insanı olan sahibkar, Trampın baş müşavirinin ticarət və rüsumlarla bağlı ideyalarını yalan adlandırmışdı. Öz növbəsində, Navarro aprelin 7-də Maskı “avtomobil yığıcısı” kimi xarakterizə etmiş və daha əvvəl biznesmeni sadəcə “maşın satdığını”, ticarət siyasəti və gömrük rüsumlarının tətbiqinin incəliklərini anlamadığını söyləmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv