İki minə yaxın əcnəbi saxlanıldı – Müxtəlif vədlərlə aldadılaraq Azərbaycana gətirilibmişlər

İki minə yaxın əcnəbi saxlanıldı – Müxtəlif vədlərlə aldadılaraq Azərbaycana gətirilibmişlər






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin 1-ci rübü ərzində ümumilikdə 4366 qərar qəbul edilib.

presstvaz bildirir ki,  bu barədə   Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 1954 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 502 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Bu dövrdə aparılmış araşdırmalar zamanı 5 halda əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq ölkə ərazisinə gətirildikləri, gəldikdən sonra isə müəyyən məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla onlara ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınmasına cəhdlər edildiyi müəyyən edilib. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv