İran XİN ABŞ ilə danışıqların formatı barədə açıqlama verdi

İran XİN ABŞ ilə danışıqların formatı barədə açıqlama verdi






presstv

"Presstv"az #ABŞ, #İran, #Mətbuat konfransı, #Tehran, #Vaşinqton, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ ilə danışıqların formatının dəyişdirilməsini istisna edir. Görüşlər yalnız vasitəçilərlə davam edəcək.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

“Tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. Ona görə də biz əvvəllər seçilmiş formatdan istifadə etməyə davam edəcəyik”, – deyə o mətbuat konfransı zamanı bildirib.

Tehran ABŞ ilə danışıqların növbəti raundunun yerini yalnız Omanla məsləhətləşdikdən sonra rəsmən elan edəcək.

“Xarici işlər naziri Abbas Əraqçının dediyi kimi, danışıqların növbəti raundu Omanda baş tutmaya bilər. Növbəti danışıqların yeri ilə bağlı Oman tərəfindən cavab aldıqdan sonra qərar verəcəyik. Sonra bunu rəsmi şəkildə elan edəcəyik”, – deyə Bəqai mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, İran üçün danışıqların konkret olaraq harada baş tutmasının heç bir əhəmiyyəti yoxdur, vacib olan formatın dəyişməz qalması, Maskatın isə vasitəçi rolunu davam etdirməsidir.

Xatırladaq ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İkinci tur aprelin 19-da keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv