Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzalayıb

Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzalayıb






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Qarabağ Universiteti, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransdan sonra Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb.

presstvaz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Sənədi baş prokurorun müavini Heydər Məmmədov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.

Bildirilib ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.

Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək ECOLEAD layihəsi, Azərbaycanın təhsil və hüquq sahəsindəki inkişafını dəstəkləyən, elmi araşdırmalar və bilik mübadiləsini təşviq edən mühüm bir addım olaraq qiymətləndirilir.

Universitetin bu layihəyə qoşulması Azərbaycanın ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübə ilə birgə fəaliyyətlərini genişləndirməsinə imkan verəcək.

Xatırladaq ki, indiyə kimi bu layihəyə Qarabağ Universiteti ilə yanaşı, Bakı Dövlət və Naxçıvan Dövlət universitetləri qoşulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv