Sənan Mehdiyevin həbs müddəti uzadıldı

Sənan Mehdiyevin həbs müddəti uzadıldı






presstv

"Presstv"az #Araşdırma, #Cinayət işi, #Nəzrin Mansurova, #Səhlənkarlıq, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Məhkəmə əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, Sənan Mehdiyevin həbsdə saxlanılma müddəti daha 2 ay uzadılıb.

Xatırladaq ki, bu il yanvarın 12-də 30 yaşlı Nəzrin Aydın qızı Mansurova müalicə aldığı xəstəxanada vəfat edib. İlkin araşdırma zamanı N.Mansurovanın klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Nəzrini əməliyyat edən cərrah Sənan Mehdiyev təqsirləndirilən şəxs qismində həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv