Nobel mükafatı laureatı vəfat edib

Nobel mükafatı laureatı vəfat edib






presstv

"Presstv"az #Ailə, #Hakim, #Kitab, #Nobel mükafatı, #Peru, #Vəfat edib, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Llosa vəfat edib.

presstvaz-ın xəbərinə görə, bu barədə onun oğlu Alvaro “X” hesabında yazıb.

Məlumata görə, yazıçının 89 yaşı olub.

“Böyük kədər hissi ilə bildiririk ki, atamız Mario Varqas Llosa bu gün Limada ailəsinin əhatəsində vəfat edib”, – deyə Alvaro Varqas Llosa bildirib.

Qeyd edək ki, Varqas Llosa Xulio Kortazar, Xorxe Luis Borxes və Qabriel Qarsia Markes ilə birlikdə Latın Amerikası nəsri “bumu”nun yazıçılarından biri hesab olunur. O, “Şəhər və itlər”, “Kapitan Pantaleon və yaxşı xidmətlər rotası”, “Pis adam və ya keçi bayramı”, “Dəcəl qızın sərgüzəştləri”, “Keltin yuxusu” kimi kitabların müəllifidir.

2010-cu ildə Varqas Llosa hakimiyyət strukturlarının təsviri və insan müqaviməti, üsyanı və məğlubiyyətinin parlaq təsvirlərinə görə ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Yazıçı, həmçinin “Yasnaya Polyana” mükafatının da laureatı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv