Azərbaycan Prezidenti Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib

Azərbaycan Prezidenti Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #COP29, #İlham Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.

presstvaz   xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edilib.

Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında layiqli əmək üzrə 2 proqramın uğurla icra olunduğunu xatırladaraq, hazırda “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsi üzərində işlərin davam etdirildiyini deyib.

Jilber Hunqbo Azərbaycanın DOST konsepsiyası modelinin öyrənilməsinin əhəmiyyətinə toxunub, sosial sahədə həyata keçirilən islahatlarla bağlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğulayıb.

O, COP29 çərçivəsində ədalətli keçid üzrə səmərəli müzakirələrin aparıldığını deyib və bunun nəticəsi olaraq Avropa və Mərkəzi Asiya üzrə Regional İşçi Qrupunun yaradılmasını xüsusilə qeyd edib.

Jilber Hunqbo Beynəlxalq Əmək Təşkilatının sosial məsələlərlə bağlı ölkəmizin inkişaf prioritetlərinə dəstək verəcəyini bildirib.

Prezident İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.

presstvaz bu barədə President.az-a istinadən xəbər verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv