Tacikistanda zəlzələ nəticəsində təxminən 100 ev dağılıb

Tacikistanda zəlzələ nəticəsində təxminən 100 ev dağılıb






presstv

"Presstv"az #Güclü zəlzələ, #Hadisə, #Tacikistan, #Təhsil, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tacikistanda dünən baş verən güclü zəlzələ nəticəsində iki rayonda təxminən 100 ev dağılıb, onlarla bina zərər görüb, bir uşaq həlak olub.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Raşt rayonunun beş kəndində 40 yaşayış evi tamamilə uçulub, beş yaşayış evi, üç çayxana və bir məktəbin köməkçi binası qismən dağılıb. Bundan əlavə, Uşturpast kəndində evin divarı altında qalan üç yaşlı uşaq həlak olub.

“Tacikabad rayonunda, ümumilikdə 54 yaşayış evi tamamilə dağılıb, 45 ev qismən zədələnib, 61 yaşayış evi və iki orta təhsil müəssisəsi binası yüngül zədələr alıb, 196 köməkçi tikili tamamilə zədələnib, üç çayxana və bir tibb müəssisəsi qismən zədələnib”, – deyə qurumdan əlavə ediblər.

Hadisə yerində Tacikistan Prezidenti Emoməli Rəhmonun tapşırığı ilə baş nazirin müavini Sulayman Ziyozoda rəhbərliyi altında yaradılmış respublika komissiyası işini davam etdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv