Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb

Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Avto, #Hadisə, #Mingəçevir şəhəri, #Yanğın hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mingəçevir şəhərində minik avtomobilinin yanması nəticəsində yanğın yaşayış evinə də keçib. Fərdi yaşayış evinin qalan hissəsi isə yanğından mühafizə olunub”.

presstvaz bildirir ki, bu məlumat Oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilib.

“Mingəçevir şəhərində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin mətbəxinin və hamam otağının lambirdən ibarət tavanı 18 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 18 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altında dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda bildirilir.

08:25

Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.

Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan “Opel” markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.

Hadisə zamanı qadın qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olub.

Yanğın hadisəsində yaralanan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv