Yeni elektromobildən dünya rekordu

Yeni elektromobildən dünya rekordu






presstv

"Presstv"az #Avto, #Çin, #Dünya rekordu, #Ginnesin Rekordlar Kitabı, #Kitab, #Şanxay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin SAIC konserninin bir hissəsi olan “Roewe” brendi bazara yeni model – D6 indeksli elektrik sedanını təqdim etməyə hazırlaşır.

presstvaz “Car News China”ya istinadən xəbər verir ki, yeni model Sinhay-Tibet magistralında 100 kilometrə 9,125 kilovat-saat sərfiyyat göstərərək enerji səmərəliliyi üzrə dünya rekordu vurub. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına düşüb.

Ümumi uzunluğu 1973 kilometr olan Sinhay-Tibet avtomobil yolu dünyanın ən yüksək dağ yolu hesab olunur. Burada dəniz səviyyəsindən orta hündürlük 4 min metrdən çoxdur. “Roewe D6” beş gün ərzində sınaqdan keçirilib.

Sedanın əsas versiyası 129 at güclü elektrik mühərriki və 42,8 kilovat-saatlıq akkumulyatorla təchiz edilib ki, bu da 450 kilometr məsafəni qət etmək üçün kifayətdir. Digər texniki xüsusiyyətlər hələ açıqlanmayıb.

Modelin debütünün bu ay Şanxay avtosalonunda baş tutacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv