Lavrov: “Moskva və Vaşinqton arasında danışıqlar çox adi bir şeydir”

Lavrov: “Moskva və Vaşinqton arasında danışıqlar çox adi bir şeydir”






presstv

"Presstv"az #ABŞ, #Çin, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Rusiya XİN, #Sergey Lavrov, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması üçün potensial mövcuddur.

presstvaz-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya XİN rəhbəri Antaliya Diplomatik Forumunda Moskva ilə Vaşinqtonun münasibətlərin normallaşdırılması üçün daha fəal addımlar atmaq potensialının olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Potensial həmişə var”, – deyə o vurğuylayıb.

Lavrovun fikrincə, ABŞ ilə Rusiya və ya ABŞ ilə Çin arasında yaxşı münasibətlərin olmasında heç bir pis şey yoxdur.

“Hazırda bizimlə ABŞ prezidenti Donald Trampın administrasiyası arasında baş verənlər əslində çox sadə məsələdir. Ölkələr bir-birinə diktə etmədən, hər hansı ilkin şərtlər tələb etmədən danışırlar. Onlar sadəcə bir-biri ilə söhbət edirlər”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Lavrov əlavə edib ki, Rusiya və ABŞ Vaşinqtonun birgə layihələrlə bağlı təklifini müzakirə edirlər və Moskva bunu rədd etməyib.

“Biz hansı birgə layihəni nəzərdən keçirə və birgə müzakirə edə biləcəyimizə baxmaq istəyirik. Bu, amerikalıların təklifi idi. Biz heç vaxt iqtisadiyyat sahəsində, münaqişələrin həlli sahəsində əməkdaşlıq təkliflərini rədd etməmişik, heç vaxt”, – deyə Lavrov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv