Şamil Ayrım: “Qərbi azərbaycanlılar yurdlarına qaytarılana qədər bu məsələ aktual olmalıdır”

Şamil Ayrım: “Qərbi azərbaycanlılar yurdlarına qaytarılana qədər bu məsələ aktual olmalıdır”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Məcburi köçkün, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qərbi azərbaycanlılar öz yurdlarına geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır”.

presstvaz xəbər verir ki, bunu “Report”a Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Millət vəkili Qərbi azərbaycanlılara qarşı edilən haqsızlıqların Antalyada keçirilən 4-cü Diplomatik Forumunda səsləndirlməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu məsələdə rəsmi Bakının prinsipial mövqeyi mövzunu beynəlxalq aləmə qədər gətirib çıxarıb:

“Qarabağ Zəfərindən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi prosesi başlayıb. Təbii ki, bunun ardından Qərbi azərbaycanlıların da öz vətənlərinə geri dönmələri məsələsi aktuallaşdı. Azərbaycanın bu insanların da öz yurdlarına təhlükəsiz şəkildə qayıtması ilə bağlı başlatdığı fəaliyyət təqdirəlayiqdir. Çünki onlar da ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddialarının qurbanlarıdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının atdığı mühüm addımlar təqdir edilməlidir”.

Ş.Ayrım onu da qeyd edib ki, Türkiyənin bu məsələdə də Azərbaycanın yanında olması bəşəri ədalətin təminidir: “Biz də Türkiyə olaraq bu ədalətsizliyi beynəlxalq aləmə çatdırmaq üçün bacardığımız qədər dəstək göstəririk və bu, ənənəvi olaraq bizim hər zaman haqq-ədalətin yanında olmağımızın göstəricisidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv