Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilir

Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilir






presstv

"Presstv"az #Ararat Mirzoyan, #Azərbaycan, #Ceyhun Bayramov, #Cənubi Qafqaz, #Ermənistan, #Gürcüstan, #Hadisə, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı panel başlanıb.

presstvaz “Report”a istinadla xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan xarici işlər nazirli Ararat Mirzoyanın iştirakı ilə keçirilən panel Beynəlxalq Böhran Qrupunun Türkiyə Direktoru şərhçi Nigar Çöksel və “TRT World”ün əməkdaşı Auskar Surbaktinin moderatorluğu ilə baş tutur.

Tədbirdə Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri də daxil olmaqla son hadisələrdən sonra Cənubi Qafqazın sabitliyə nail olmaq üçün tarixi fürsətlə üzləşməsi, bu səylərdə Gürcüstanın regional əməkdaşlıqda artan rolu ilə birlikdə regionun gələcəyi üçün mühüm perspektivlər yaratması məsələləri müzakirə olunur.

Paneldə Cənubi Qafqazın dinamikası və regional əməkdaşlıq imkanları, maneələrlə bölünmüş dünyada davamlı, inklüziv inkişaf yollarının araşdırılması məsələlərinə də toxunulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv