Maka Boçorişvili: “Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi”

Maka Boçorişvili: “Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Gürcüstan, #Jurnalistlər, #Maka Boçorişvili

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalyada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu görüş iki ölkə arasında münasibətlər baxımından vacib məsələlərin müzakirəsi üçün əhəmiyyət daşıyır:

“Antalya Diplomatik Forumu Cənubi Qafqaza diqqətin artması üçün mühüm fürsətdir. Forum çərçivəsində Cənubi Qafqaz regionu əsas müzakirə mövzularından biri olacaq”.

Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin foruma qatılması regional əməkdaşlıqla bağlı baxışların birgə müzakirəsi üçün imkan yaradacaq.

“Bu, Gürcüstanın mövqeyini səsləndirmək, regionda sülh və təhlükəsizliyin təmininə töhfə vermək üçün önəmli fürsətdir”, – M.Boçorişvili qeyd edib.

O həmçinin bildirib ki, forum çərçivəsində Gürcüstanın Baş naziri liderlər panelində çıxış edib və ölkə üçün aktual məsələlər barədə danışmaq imkanı əldə edib.

“Azərbaycan Prezidenti ilə keçirilən görüş iki ölkə arasında münasibətlər baxımından vacib məsələlərin bir daha müzakirəsi üçün əhəmiyyət daşıyır”, – M.Boçorişvili əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv