Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Finlandiya, #Sərbəst güləş, #Slovakiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın daha beş yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

presstvaz xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

Digər dörd yunan-Roma güləşçisi isə medal görüşündə qüvvəsini sınayacaq. Eldəniz Əzizli (55 kq) finalda Emin Seferşayevlə (UWW), Murad Məmmədov (63 kq) bürünc medal uğrunda Tino Ojala (Finlandiya) – Vitali Yeriomenko (Ukrayna) cütünün qalibi ilə, İslam Abbasov (87 kq) isə Karen Xaçatryan (Ermənistan) – Yaroslav Filçakov (Ukrayna) duelinin güclüsü ilə üz-üzə gələcək. Beka Kandelaki (130 kq) təsəlliverici qarşılaşmada David Ovasapyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər bir qızıl, bir gümüş və dörd bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv