Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb

Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moldovanın nüfuzlu noi.md xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin XIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin çıxışına istinadla qeyd edilib ki, Azərbaycan daha balanslı və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır. Hazırda neft və qaz qiymətlərində artım müşahidə edilir. Bu, istehlakçılar üçün problemlər yaradır. Həm də təkcə onlar üçün deyil. Əgər kimsə belə balanssız qiymətlərin yalnız neft hasil edən və ixrac edən ölkələrə fayda verdiyini düşünürsə, yanılır.

Məqalədə həmçinin bildirilib ki, Azərbaycan boru kəməri qazının ixrac həcmi və coğrafi əhatə dairəsi baxımından dünyada bir nömrəli ölkədir. Onun ixrac həcmi hazırda artır və artmaqda davam edəcək. Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm amildir. Beynəlxalq bazarlara etibarlı neft tədarükçüsü kimi Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam etmək niyyətindədir.

Məqalədə dövlətimizin başçısının regional təhlükəsizliyə dair fikirləri də qeyd edilib. Vurğulanıb ki, regional təhlükəsizlik həmişə Azərbaycan üçün bir nömrəli məsələ olub. Azərbaycan cəmi 7 aydır ki, sülh şəraitində yaşayır. Bu, bir daha göstərir ki, sülhə nail olmaq üçün güclü siyasi iradə, qətiyyət, sülhə və ədalətə sadiqlik tələb olunur. Ermənistan ilə sülh yalnız kağız üzərində deyil. Azərbaycan Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv