Qurban Qurbanov: “Heç kimdən küsməmişəm”

Qurban Qurbanov: “Heç kimdən küsməmişəm”






presstv

"Presstv"az #"Qarabağ", #Futbol, #Mətbuat konfransı, #Neftçi, #Premyer Liqası, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XXX turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” oyunundan (1:4) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

presstvaz xəbər verir ki, Qurbanov oyunla bağlı fikirlərini bölüşüb, qarşıdakı “Neftçi” matçı və komandanın ümumi vəziyyəti barədə sualları cavablandırıb.

“Neftçi” ilə oyundan qabaq gərgin təqvim barədə danışan baş məşqçi son zamanlar komandanın hazırlıq proqramından narazı qaldığını bildirib: “Bu 8 günlük fasilə bizim üçün çox dəyərli olacaq. Futbolçular istirahət edəcək, eyni zamanda çatışmazlıqları aradan qaldıracağıq. Qarşıdakı matçlar üçün bu dövr çox faydalı olacaq. Çalışacağıq ki, bu müddətdən maksimum dərəcədə yararlanaq. İndiyə qədər məşq ritmimizi bərpa edə bilməmişdik.

“Qarabağ”ın baş məşqçisi 4-cü dəfədir AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməməsi barədə məsələyə toxunub:

“Heç vaxt icazəsiz iştirak etmədiyim olmayıb. Hər dəfə bir gün əvvəl məlumat vermişəm. İclaslar çox zaman oyun və ya məşq gününə təsadüf edir. Məsələn, bu gün komandanın məşqi var idi. Dünən də bu barədə AFFA-ya məlumat vermişdim. Komandanın durumu yaxşı olsa da, işimizə ciddi yanaşırıq. Oyun günü komandanın yanında olmaq istəyirəm. Əvvəllər də demişdim – işimiz asan deyil. Çox istərdim ki, hər iclasda iştirak edim, amma üzrlü səbəblərdən bəzilərində iştirak edə bilməmişəm. Qarşılıqlı anlayışla yanaşıldığına inanıram”.

Q.Qurbanov “Səbail”lə qarşılaşmada oyunboyu hərəkət etməməsinin səbəbini izah edib: “Sadəcə öz yerimdə idim. Elə oyunlar olur ki, daha çox müdaxilə edirsən, bəzən isə sakit qalmaq daha doğrudur. Heç kimdən küsməmişəm – nə özümdən, nə də futboldan. Oyunun gedişatına uyğun davranmaq bizim işimizin bir hissəsidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv