Tovuzda məktəbdə zəhərlənmə: Hadisənin TƏFƏRRÜATI

Tovuzda məktəbdə zəhərlənmə: Hadisənin TƏFƏRRÜATI






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Orta məktəb, #Qazax, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Təcili Tibbi Yardım, #Təhsil, #Tovuz rayonu, #YouTube, #Zəhərlənmə, #Zəhərlənmə hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tovuzun Düz Cırdaxan kənd tam orta məktəbində tüstüdən zəhərlənmə hadisəsi baş verib.

Yeddinci sinifdə oxuyan 18 şagirddən 5-nin halı pisləşib.

“Dərs başlayan kimi sinfə daxil oldum. İçəri girəndə sinfin havasının ağır olduğunu hiss etdim. Şagirdlərdən birinin ürəyi bulanırdı, nəfəs ala bilmədiyini dedi. Həmin dəqiqə onu çölə çıxartdıq və ilkin tibbi yardım göstərildi. Digər şagirdlərin də vəziyyəti pisləşən kimi onlara da ilkin tibbi yardım göstərildi”, – deyə məktəbin müəllimi Həyat Qasımova bildirib.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hazırda şagirdlərin vəziyyəti qənaətbəxşdir.

Ətraflı Baku TV-nin süjetində:

11 aprel, 15:33

“Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində zəhərlənən şagirdlər evə buraxılıblar”.

presstvaz bildirir ki, bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq verilib.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

12:06

Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində zəhərlənən şagirdlərin son vəziyyəti açıqlanıb.

presstvaz bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 11-i, saat 09:40-da Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Beş nəfər (məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

11:36

“Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən beşinin halı 2-ci dərs başlayan zaman pisləşib”.

presstvaz bildirir ki, bu məlumat Oxu.az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilib.

“Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıblar. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır”, – deyə məlumatda vurğulanır.

10:34

Tovuzda məktəbdə kütləvi zəhərlənmə olub.

presstvaz-ın məlumatına görə, hadisə Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.

Qaz sobasından dəm qazının sızması nəticəsində bir neçə şagird zəhərlənib.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv