Həsənriz sakini: “Dövlətin burada bizə yaratdığı şərait ən yüksək səviyyədədir”

Həsənriz sakini: “Dövlətin burada bizə yaratdığı şərait ən yüksək səviyyədədir”






presstv

"Presstv"az #Çin, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dövlət Həsənrizdə sakinlər üçün ən yüksək səviyyədə şərait yaradıb”.

presstvaz xəbər verir ki, bunu “Report”un Ağdərə rayonuna ezam olunan əməkdaşı ilə söhbətdə Həsənriz kənd sakini Çingiz Əliyev deyib.

Onun sözlərinə görə, kəndin işğalından sonra dünyaya gələn övladlarını hər zaman doğma yurda sevgi hissi ilə tərbiyə ediblər:

“Kəndimiz işğal olunarkən camaatımıza qarşı çox zülmlər edildi. Aradan illər keçsə də, o günlərin ağrı-acısı nəinki azalmadı, əksinə, bu yaralarımız daha da dərinləşdi.

Biz məcburi köçkün həyatı yaşadığımız illərdə dünyaya gələn övladlarımızı doğma yurda sevgi aşılayaraq böyütdük. Bu gün isə öz kəndimizə qayıtmağın sevincini yaşayırıq..

İndi Həsənrizi inkişaf etdirməklə yanaşı, o zaman burada başımıza gətirilən müsibətləri də gələcək nəsillərə çatdırmalıyıq. O tarixi unutmağa heç birimizin haqqı yoxdur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv