Samir Babayev: “Altı illik Tibb və dörd illik Tibb bacısı təhsili bu il başlanır”

Samir Babayev: “Altı illik Tibb və dörd illik Tibb bacısı təhsili bu il başlanır”






presstv

"Presstv"az #Araşdırma, #Həkim, #Jurnalistlər, #Qarabağ Universiteti, #Sağlamlıq, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ Universiteti Klinikasının təsis olunması Qarabağ bölgəsində səhiyyə xidmətlərinin inkişafında əlamətdar rol oynayacaq və regionda mövcud səhiyyə boşluqlarının aradan qaldırılmasına əhəmiyyətli töhfələr verəcək”.

presstvaz-ın Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev deyib.

“Biz gələcəkdə yaradılacaq Tibb və Sağlamlıq Elmləri Fakültəsi vasitəsilə yalnız peşəkar deyil, eyni zamanda, innovativ düşüncəli, şəfqətli və etik dəyərlərə malik olan səhiyyə mütəxəssisləri yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Qarabağ Universiteti Klinikası və gələcək fakültəmizi beynəlxalq standartlara cavab verən, bölgədə və dünyada tanınan bir səhiyyə təhsil və innovasiya mərkəzinə çevirməyi hədəfləyirik”, – deyə direktor qeyd edib.

S.Babayev tibb fakültəsində planlaşdırılan əsas proqramlar barədə məlumat verib:

“6 illik Tibb (MD) və 4 illik Tibb bacısı (BSN) təhsili bu il başlanır. Xəstəyə qulluqda mütəxəssisləşmiş, eyni zamanda, araşdırma və liderlik bacarıqlarına malik tibb bacıları yetişdirməyi hədəfləyirik. Diş həkimliyi və başqa proqramlara da yaxın illərdə tələbələri qəbul etməyə başlamaq istəyirik”.

Direktor qeyd edib ki, rezidentura və magistr səviyyəsində də müxtəlif ixtisaslaşma imkanları, o cümlədən İctimai Səhiyyə üzrə Magistr (MPH) təklif olunacaq.

“Seçmə fənn olaraq incəsənət proqramını nəzərə almaq özünüifadə, qrup halında əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İncəsənət tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri bacarıqları inkişaf etdirmək imkanı yaradır. Fakültəmizdə ənənəvi öyrənmə metodları ilə kifayətlənmirik. Bunun əvəzinə, kompetensiyaya əsaslanan tibb təhsili tətbiq edirik ki, tələbələr biliklərini praktik vərdişlərə çevirə bilsinlər. İnteqrə olunmuş və fənlərarası təhsil modelindən istifadə edirik”, – deyə S.Babayev qeyd edib.

Direktor onu da deyib ki, “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfransın əsas məqsədi gələcək Tibb və Tibb bacısı proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturunu formalaşdırmaqdır:

“Konfransda tibbi təhsil sahəsində məşhur olan Kernin altı mərhələli yanaşmasından istifadə edəcəyik. Bu yanaşmanın əsasını problem müəyyənləşdirməsi, tələbələrin ehtiyaclarının dəyərləndirilməsi, tədris məqsədlərinin formalaşdırılması, təhsil strategiyalarının hazırlanması, tətbiq edilməsi və nəticələrin qiymətləndirilməsi təşkil edir. İnanırıq ki, bu metodologiya beynəlxalq standartlara uyğun, eyni zamanda, yerli ehtiyaclara cavab verən tədris proqramının yaranmasını təmin edəcək. Konfransın nəticəsində tibbi və tibb bacısı təhsili üçün vahid tədris strategiyası və kompetensiya çərçivəsi hazırlanacaq. Bundan əlavə, tədris proqramlarının effektiv idarə edilməsi və davamlı təkmilləşdirilməsi üçün Məsləhət Şurasının təsis edilməsini planlaşdırırıq. Konfransda əldə ediləcək razılaşmalar gələcəkdə proqramların effektiv tətbiq olunmasına zəmin yaradacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv