Qarabağ Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

Qarabağ Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb






presstv

"Presstv"az #Həkim, #Qarabağ Universiteti, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

presstvaz-bildirir ki,  Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Rektor vurğulayıb ki, Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək. Ş.Bayramov, həmçinin, Qarabağ Universitetinin tədris prosesində əldə etdiyi uğurları və gələcəkdəki məqsədləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir. Direktor sessiyalar zamanı tibb təhsili sahəsində geniş tətbiq olunan Kernin 6 mərhələli yanaşmasından istifadə ediləcəyini də iştirakçıların diqqətinə çatdırıb. S.Babayev konfransın metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcəyini bildirib.

Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv