Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər






presstv

"Presstv"az #Coca-cola, #diabet, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müəyyən qida əlavələrinin müntəzəm istehlakı 2-ci tip şəkərli diabet riskinin artmasına səbəb ola bilər.

presstvaz-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu qənaətə Parisin Sorbonna Universitetinin tədqiqatçıları gəliblər. Onlar 108 643 nəfərin məlumatlarını təhlil ediblər.

Tədqiqatın nəticələri nüfuzlu “PLOS Medicine” elmi jurnalında dərc olunub.

Səkkiz il ərzində iştirakçılar öz qidalanma vərdişləri, o cümlədən diyetik içkilər, desertlər, qəlyanaltılar və hazır yeməklər kimi ultra emal olunmuş qidalarda tez-tez rast gəlinən qida əlavələrindən istifadə barədə məlumat veriblər.

Aparılan təhlillər göstərib ki, müəyyən qida əlavələrindən tez-tez istifadə edən şəxslərdə şəkərli diabetin inkişaf riski 8-13% daha yüksək olub. Bu əlavələrə əsasən süni dadlandırıcılar (aspartam, sukraloza, asesulfam-K), eləcə də məhsulun dadını, görünüşünü və saxlanma müddətini yaxşılaşdırmaq üçün istifadə olunan konservantlar, rəngləndiricilər və emulqatorlar daxildir.

Məsələn, “Coca-Cola Zero” kimi şəkərsiz içkilər zərərsiz alternativ kimi təqdim edilsə də, onların tərkibində süni dadlandırıcılar olur. Tədqiqat bu maddələrin müntəzəm istifadəsi ilə maddələr mübadiləsinin pozulması arasında mümkün əlaqəni göstərir.

Alimlər vurğulayıblar ki, burada əsas məsələ ultra emal olunmuş qidaların tez-tez və uzun müddət ərzində qəbul edilməsinin kumulyativ təsiridir. Əldə edilən məlumatlar hələ birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, qida əlavələrinin daimi istehlakı ilə bağlı narahatlıqları artırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv