Qiymətlərin artması fonunda amerikalılara smartfonlarla bağlı GÖZLƏNİLMƏZ TÖVSİYƏ

Qiymətlərin artması fonunda amerikalılara smartfonlarla bağlı GÖZLƏNİLMƏZ TÖVSİYƏ






presstv

"Presstv"az #ABŞ, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“iFixit” mütəxəssisləri amerikalı istehlakçılara artan texnologiya qiymətlərinə qarşı tədbir olaraq smartfon və digər cihazları təmir etməyi öyrənməyi tövsiyə ediblər.

presstvaz-ın verdiyi məlumata görə, bu təklif cihazların təmiri üçün təlimatlar hazırlayan və xüsusi alətlər istehsal edən təşkilatın rəsmi saytında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları və qarşılıqlı məhdudiyyətlər səbəbi ilə smartfon, kompüter və digər texnoloji qurğuların qiymətlərində artım gözlənilir. Bu səbəbdən istehlakçılara öz cihazlarını ev şəraitində təmir etməyi öyrənmək məsləhət görülür.

“Keyfiyyətli ehtiyat hissələri və alətlər də bahalaşacaq, lakin ümumilikdə təmirin dəyəri yeni cihaz almaqdan xeyli ucuz başa gələcək”, – deyə “iFixit” evdə təmirin üstünlüklərini vurğulayıb.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, istehsalçılar da bu prosesi dəstəkləməli, daha asan təmir olunan cihazlar istehsal etməli və istifadəçilər üçün ətraflı təmir təlimatları təqdim etməlidirlər.

“Təmir təkcə yaxşı biznes deyil, həm də dayanıqlı iqtisadiyyat və gələcək üçün həyati əhəmiyyət daşıyır. Bu gün təmir hər zamankından daha vacibdir”, – deyə “iFixit” nümayəndələri bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv